Gürcüstanın xarici işlər naziri Maya Pancikidze Ukraynada hakimiyyətin kütləvi etiraz aksyası iştirakçılarına qarşı hərəkətlərini kəskin pisləyib.
“Biz bu ölkədə baş verənləri pisləyirik. Ukrayna hakimiyyətinin hərəkətləri demokratiya və insan haqqları prinsiplərinə ziddir”, - deyə M.Pancikidze çərşənbə günü Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının Gəncədə görüşünün yekunlarına dair mətbuat konfransında bəyan edib.
Gürcü naziri Ukrayna rəhbərliyini müxalifətlə dialoqa çağırıb və Gürcüstanın Ukrayna xalqı ilə həmrəyliyini ifadə edib.