Çərşənbə günü Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının Gəncə şəhərində keçirilən görüşü zamanı Cənubi-Qafqaz qaz dəhlizi, energetika və reallaşdırılan Bakı-Tiflis-Qars dəmir yolu layihəsi mövzuları müzakirə edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Tərəflər üç ölkənin jurnalistləri, idmançıları, mədəniyyət sahəsinin işçiləri və parlamentariləri arasında müntəzəm görüşlərin keçirilmısinə dair razılığa gəliblər”, - deyə E.Məmmdəyarov üçtərəfli görüşdən sonra mətbuat konfransında məlumat verib.
Gürcüstanın xarici işlər naziri Maya Pancikidze öz növbəsində, rəsmi Tiflisin birgə enerji, nəqliyyat və infrastruktur layihələrinin inkişafı və üçtərəfli formatda əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu ifadə edib.
Türkiyənin XİN başçısı Əhməd Davudoğlu vurğulayıb ki, üç ölkənin reallaşdırdığı birgə layihələr Asiyanın Avropa ilə birləşməsində böyük rol oynayır. XİN başçısı həmçinin çərşənbə günü Gürcüstanın Baş Konsulluğunun açılışının, o cümlədən miqyası üzrə Azərbaycanın ikinci şəhər olan Gəncədə artıq fəaliyyət göstərən Türkiyənin Baş Konsulluğunun əhəmiyyətini qeyd edib.
Bundan başqa, türkiyəli nazir Azərbaycan və Gürcüstanda münaqişələrin sülh yolu ilə nizamlanmasına əminliyini ifadə edib.