Gürcüstanın xarici işlər naziri Mayya Pancikidze qeyd edir ki, rəsmi Tbilisinin Moskva ilə münasibətləri bərpa etmək səyləri arzuolunan nəticə verməyib.
“Baxmayaraq ki, Gürcüstan və Rusiya arasında son zamanlar birbaşa əlaqələr yaranıb, bununla belə Cenevrədə qarşılıqlı münasibətlərdə hər hansı bir irəliləyiş əldə edilməyib”,- deyə o çərşənbə günü Gəncədə Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının görüşünün yekununa dair mətbuat konfransında bildirib.
Pancakidze qeyd edib ki, bütün bunlara baxmayaraq Gürcüstan məhsullarının Rusiyaya nəqli bərpa edilib.