Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının əməkdaşları tərəfindən Abşeron rayonu, Qaraboğaz düzənliyidə vətəndaşa məxsus olan ərazidə döyüş sursatı aşkarlanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
3 ədəd tank əleyhinə yararlı vəziyyətdə olan mina aşakarlanıb.Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçirərkən onların təlim üçün olduğu müəyyən edilib. Mütəxəssislər tərəfindən əraziyə təkrar baxış keçirilərkən digər partlayış təhlükəli silah və sursat aşkar edilməyib. Minalar mexaniki üsulla zərərsizləşdirilərək aidiyyəti üzrə təhvil verilib.