2014-cü ilin yanvar ayında Azərbaycanın daxili bazarına 373,6 min ton neft məhsulu tədarük edilib ki, bu da ötən ilin yanvar ayının göstəricisindən 4,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Daxili bazara 89,1 min ton dizel yanacağı, 104,8 min ton avtomobil benzini, 36,4 min ton kerosin, 28,3 min ton mazut, 8,9 min ton neft bitumu, 17,1 min ton maye qaz, 0,1 min ton sürtkü yağları, 88,9 min ton digər neft məhsulları tədarük olunub.