Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçilib.Bu barədə Bakı Mədəniyyət və Turizm İdarəsinin saytında məlumat verilir.
Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin yaradılması barədə protokol Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin dünənki toplantısında qəbul olunub. Protokol Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY-un baş katibi Düsen kaseinovun iştirakı ilə imzalanıb
Konqresdə həmçinin xalq yazıçısı Anara “Balkanlar Türk Mədəniyyətinə Xidmət” ödülü də təqdim olunub.