Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin başçılıq etdiyi Azərbaycanın nümayəndə heyəti martın 10-dan 14-dək Hannover şəhərində (Almaniya) keçiriləcək “CeBIT-2014” informasiya texnologiyaları üzrə sərgisində iştirak edəcək. Bu barədə nazirliyin saytında məlumat verilir.
Azərbaycanın nümayəndə heyəti dünyanın ən iri sərgilərindən olan “CeBIT-2014”-də son illər ərzində bu sektorda əldə olunan nailiyyətləri nümayiş etdirəcək.
Bununla yanaşı, Azərbaycan dövlət və özəl sektorlarda reallaşdırılan layihələr əks olunan stendlə təmsil olunacaq
CeBIT sərgisi 1996-cı ildən etibarən keçirilir.