Baki və Sofiya iqtisadi əməkdaşlığın inkişafı üçün yaxşı potensiala malikdir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev cümə axamı Bolqarıstanın baş naziri Plamen Oreşarski ilə görüş zamanı bəyan edib.
Prezident ikitərəfli siyasi münasibətlərin səviyyəsini yüksək qiymətləndirib.
İ.Əliyev həmçinin Azərbaycan ilə Bolqarıstan arasında nəhəng regional infrastruktur layihələrinin reallaşdırılması istiqamətdə birgə fəaliyyətə başlamasından məmnunluq ifadə edib. .
Əlaqələrin genişləndirilməsi nöqteyi-nəzərindən birgə layihələrin reallaşdırılmasının önəmini qeyd edən Azərbaycan prezidenti, bunun energetika, investisiya qoyuluşu, biznes, birgə istehsal sahələrinin yaradılması, turizm, kənd təsərrüfatı və digər sahələrdə genişləndirilməsi üçün də yaxşı imkan yaratdığını vurğulayıb.
Prezident Bolqarıstan şirkətlərini Azərbaycanda həyata keçirilən layihələrdə iştirak etməyə dəvət edib. O vurğulayıb ki, Bakı Bolqarıstanda tərəfdaş və investor kimi fəaliyyət göstərməkdə maraqlıdır.
Dövlət başçısı iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsində siyasi münasibətlərin əhəmiyyətini vurğulayıb.
P.Oreşarski öz növbəsində,iki ölkə arasında nəqliyyat, kimya, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edib.
Cümə axşamı prezident İ.Əliyev Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Nurlan Niqmatulini qəbul edib. Görüşdə əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi məsələləri müzakirə edilib.