5-7 mart tarixində Əfqanıstanın xarici işlər naziri Zalmay Rəsul Azərbaycana rəsmi səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Əfqanıstanın diplomatik mənbələrindən məlumat verilib.
Səfər zamanı əfqan nazirinin Azərbaycanın ali siyasi rəhbərliyinin nümayəndələri ilə görüşləri nəzərdə tutulub. Danışıqlarda müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.