“Xalq Bank” Bakı Banklarası Valyuta Birjasında Zəmanətli Pul Bazarının (ZPB) iştirakçısı olub.Bu barədə birjanın məlumatında bildirilir.
ZPB iştirakçılarının sayı 12-yə çatıb.
Xəbər verildiyi kimi, 2009-cu il oktyabrın 21-də Azərbaycan Mərkəzi Bankı, Bakı Banklararası Valyuta Birjası və pul bazarının bir sıra market-meyker bankları arasında Zəmanətli Pul Bazarı üçün hüquqi əsas olan kollektiv saziş imzalanıb
Aktivlərinin həcminə görə Azərbaycanın 5 aparıcı bankından biri olan “Xalq Bank” 2004-cü il dekabrın 30-da bank fəaliyyəti göstərmək üçün lisenziya alıb.Bankın səhmdarları üç hüquqi şəxsdir- EuroStandard MMC, Ideal Business MMC və Avanqard (16,15%).
Zəmanətli Pul Bazarı banklararası kredit bazarının seqmentidir ki, burada kredit əməliyyatları üzrə öhdəliklərin icrasına Mərkəzi Bank tərəfindən zəmanət verilir. Bankların ticarət limitləri AMB tərəfindən müəyyənləşdirilir və bütün iştirakçılar arasında razılaşdırılır. Ticarət limitlərinin dəyişdirilməsi haqqında qərarlar da AMB tərəfindən baxılır və qəbul edilir. Banklar faiz dərəcələrini müstəqil surətdə təyin edir. ZPB-nin hər bir iştirakçı bankı ayda 2 mln. manatdan çox olmamaq şərti ilə kredit vəsaitləri cəlb edə bilər.Kreditin maksimal təqdim edilmə müddəti 90 gündən çox deyil.