Dövlət başçısı Ilham Əliyev Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi haqqında Əsasnaməni təsdiq edib.
Cümə günü rəsmi mətbuatda dərc edilmiş Əsasnaməyə əsasən, iqtisadiyyat və sənaye nazirinin beş müavini olacaq.
Nazirliyin əsas fəaliyyət istiqamətləri aşağıdakılardan ibarətdir: ölkənin iqtisadi və sosial inkişafı sahəsində dövlət siyasətini hazırlayır ;sosial iqtisadi vəziyyəti, inkişaf dinamikasını təhlil etmək və proqnozlaşdırmaq;İqtisadi və ərzaq təhlükəsziliyinin təmin edilməsinə yönəlmiş tədbirləri hazırlamaq və həyata keçirmək; Sənaye və onun ayrı ayrı sahələrinin cari vəziyyəti və gələcək inkiafının proqnozlaşdırılması və s.
Həmçinin nazirliyin mərkəzi aparatının və strukturlarının ştat cədvəli müəyyən olunub.
Nazirliyin aparatının işçilərinin say həddi 384 ştat vahidi, Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun işçilərinin say həddi 50 ştat vahidi, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin işçilərinin say həddi 172 ştat vahidi, nazirliyin regional bölmələri işçilərinin say həddi 86 ştat vahidi müəyyən edilsin.