Bazar günü Bakının Sabunçu rayonunda baş verən silahlı insident nəticəsində Suraxanı rayon Polis İdarəsinin rəis müavini güllə yarası alıb. Bu barədə yerli ANS telekanalının saytında məlumat verilir.
İnsident qəsəbə sakini Gülağa Lətifov və qonşusu arasında baş verib. Nəticədə, G.Lətifov onunla mübahisə edən şəxsləri ov tüfəngi ilə yaralayıb.
Silahlı insidentin yekunu olaraq rayon Polis İdarəsinin rəis müavini Akif Nəzərov və oğlu Asif Nəzərov, Yusif Əlipaşayev yaralanıblar, Fərid Qədirov həlak olub.
Yaralılar 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.