2013-cü ildə Masallı rayonunda istehsal olunan ÜDM-in həcmi 2012-ci illə müqayisədə 3,9% - 439 mln. manata qədər artıb. “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosunun verdiyi məlumata görə, bu barədə rayonun İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bəyan edib.
“Hesabat dövründə rayona 28 mln. manat məbləğində investisiya qoyulub”, - deyə R.Hüseynov ötən il rayonunh sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasda bildirib.
Onun sözlərinə görə, 2013-cü ildə altı məktəb, bir uşaq bağçası, iki tibb məntəqəsi, həmçinin uzunluğu 24 kilometr olan avtomobil yolu tikilib. Bununla yanaşı, hesabat ilində rayon mərkəzi və yaşayış məntəqələrində 1124 abonent qazlaşdırılıb.
Əhalisi 110 min nəfər olan 38 yaşayış məntəqəsində su təchizatı təmin olunub.
İclasın yekunları üzrə dövlət başçısına müraciət qəbul olunub. O cümlədən, rayonun ictimai-siyasi həyatında fərqlənən şəxlərin mükafatlandırılması olub.