İndoneziyanın şərqində şiddətli yağışlar nəticəsində baş verən sürüşmələrdə ən azı 11 nəfər həlak olub və ii nəfər itkin düşüb. Bu barədə bazar ertəsi “Jakarta Globe” qəzeti məlumat verib.
Bundan başqa, təbii fəlakət nəticəsində 15 binaya ziyan dəyib.
Nəşr qeyd edir ki, İndoneziyada yağışlar fəsli noyabr ayından mart ayınadək davam edir.