Ötən həftə ərzində Azərbaycan polisi axtarışda olan 78 nəfəri saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bundan başqa, qeyd olunub ki, hesabat dövrü ərzində (16-23 fevral) baş vermiş bədbəxt hadisələr nəticəsində 12 nəfər həlak olub, 32 nəfər bədən xəsarətləri alıb və zəhərlənib və beş intihar hadisəsi qeydə alınıb.
O cümlədən, iki nəfər qətldə, yeddi nəfər qəsdən bıçaq və bədən xəsarətləri yetirməklə sui-qəsddə, 38 nəfər qarətdə, 14 nəfər oğurluqda, doqquz nəfər insan alverində, beş nəfər dələduzluqda, yeddi nəfər avtomobil qaçırmaqda, altı nəfər ainsan alverində şübhəli bilinərək saxlanılıb.
Qanunsuz saxlanılan odlu silah və döyüş sursatlarının müsadirəsi ilə bağlı 10 fakt qeydə alınıb.