Baş nazir Xazem əl-Bablavinin rəhrəbliyi altında Misir hökuməti istefaya getdi. Bu barədə bazar ertəsi Misirin “Əl-Əxrəm” qəzetinin veb-saytı məlumat verib.
Hökumətdən olan mənbəyə istinad edən nəşrin məlumatına əsasən, yeni kabinetin formalaşdırılması ilə sabiq mənzil tikintisi naziri İbrahim Maxleb məşğul olacaq.
Nazirlər Kabinetinin istefası səbəbləri barədə hələlik məlumat verilmir.