SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Heydər Əliyev adına Bakı neft emalı zavodu (BNEZ) katalitik krekinq qurğusunu təmirdən sonra istismara buraxıb. Bu barədə SOCAR şirkətinin rəsmi saytında məlumat verilir.
Təmir prosesində regeneratorunun siklon qruplarında, kaskad boşqablarda, buxarpaylayıcılarında və buxarqızdırıcılarda qüsurlar aradan qaldırılıb.
Bundan başqa, S-102 sobasında istismara yararsız boru xətləri yenilənib və sobada hidravlik sınaq işləri aparılıb.
Azərbaycanda iki neft emalı zavodu - “Azərneftyağ” və Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir. Onların ümumi emal gücü ildə 22 mln. ton təşkil edir. Hər iki zavod SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) strukturuna daxildir.