Əmlak Məsələləri Dövlət Komitəsi martın 3-dən etibarən daşınmaz əmlaka dair arayışların real vaxt rejimində verilməsini planlaşdırır. Bu barədə Komitənin məlumatında bildirilir.
Martın 3-dən etibarən əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin müvafiq ərazilər üzrə yerləşən notariat kontorlarında elektron informasiya sistemləri vasitəsilə əldə etmək mümkün olacaq”, - deyə məlumatda qeyd olunur.