Göygöl rayonunda əkin sahələrinin suvarılmasınımasını təmin etmək üçün bu il 8 əlavə subartezian quyusunun qazılması planlaşdırılır. “İnterfax-Azərbaycan” agentliyinin regional bürosuna bu barədə Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov məlumat verib.
`“Ötən ilin planına əsasən rayonda 4 su qurğusunun qazıntısı başa çatdırılırb. İlin sonunadək ən çox suya təlabat olan Balçlı, Qırıqlı, Xəqani və Yeni Qızılca kəndləridə 8 artezian quyusu qazılacaq”, – deyə İlqar Məhərrəmov bildirib.
İdarə rəisinin sözlərinə görə, qarşıdan gələn əkin mövsümünə hazırlıq işləri aparılır.
İdarə rəisinin sözlərinə görə, qarşıdan gələn əkin mövsümünə hazırlıq işləri aparılır.
“Tədbirlər çərçivəsində Xanarx kanalında 860, Ərəbli kanalında isə 590 metr boteonlama işləri aparılıb. 1 nasos stansıyası bərpa olunub, 6 subartezian quyusu isə təmir edilib. 469 kubmetr lildən təmizləmə işləri aparılıb”, – deyə İlqar Məhərrəmov qeyd edib.
Göygöl rayonunda 12510 hektar suvarılan torpaq sahəsi var. Əkin sahələrinin suvarılması 191 aretzian quyusu, 9 nasos stansıyası və rayon ərazisindən keçən 3 təbii çay vasitəsi ilə həyata keçirilir.