Çərşənbə axşamı Bakıda Azərbaycan və Belarus arasında konsulluq məsələlərinə dair XİN-lərarası məsləhətləşmələr başlayıb. Bu barədə Belarusun Azərbaycandakı səfirliyinin saytında məlumat verilir.
Məsləhətləşmələrdə Belarus nümayəndə heyətinə bu ölkənin Xarici İşlər Nazirliyi Baş Konsulluq idarəsinin rəisi İqor Fisenko, Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin rəisi Mehriban Nəcəfova rəhbərlik edir.
Həmçinin, məsləhətləşmələrdə miqrasiya orqanları, iki ölkənin dəliyyə nazirliklərinin nümayəndələri, XİN-lərin Konsulluq İdarələrinin, Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları iştirak ediblər.
Məsləhətləşmələrin gündəliyinə konsulluq və mkiqrasiya məsələləri üzrə əməkdaşlıq, Azərbaycan və Belarus vətəndaşlarına hüquqi yardımın göstərilməsi və maraqlarının müdafiəsi, o cümlədən, milli qanunvericiliyin təkmilləşdirilməsi üzrə təcrübə mübadiləsi və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqənin yaradılmasıdır.