2014-cü ilin yanvar ında “Azərenerji” SC-nin (Azərbaycanda elektrik enerjisinin istehsalı üzrə dövlət inhisarçısı - İF) istilik elektrik stansiyaları elektrik enerjisi istehsalını 2013-cü ilin analoji dövrü ilə müqayisədə 2,9% - 2 mlrd. 24,3 mln. kVt/saata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə su elektrik stansiyalarında elektrik enerjisi istehsalı 74,2 mln. kVt/saat (artım 6,2%) təşkil edib.
Statistika Komitəsinin məlumatına görə, 2014-cü ilin yanvar ayında Azərbaycanda elektrik enerjisi istehsalının ümumi həcmi 2 mlrd. 98,5 mln. kVt/saat təşkil edib.
“Azərenerji” SC-nin məlumatına əsasən, yanvar ayı ərzində ölkədə elektrik enerjisi istehsalının ümumi həcmi 2,2 mlrd. kVt/saat təşkil edib.
Xəbər verildiyi kimi, elektrik enerjisi istehsalının ümumi və əmtəə göstəriciləri arasında fərq onunla izah olunur ki, “Azərenerji” SC istehsal olunan elektrik enerjisinin bir hissəsini tələbatlarının təmin olunmasına sərf edir.
Hazırda Azərbaycanda 13 İES və 8 SES fəaliyyət göstərir.