Çərşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyev “Azərsun Sənaye Parkı”nın nəzdində yaradılmış Azərbaycan kağız və karton istehsalat kombinatının, Sumqayıt yağ fabrikinin açılışlarında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
O cümlədən, dövlət başçısı mis emalı zavodunun açılışında iştirak edib, Nəsimi adına Sumqayıt şəhər dənizkənarı mədəniyyət və istirahət parkında görülən əsaslı yenidənqurma və abadlıq işlərinin gedişi ilə tanış olub.