Türkiyə polisi 3 il ərzində təxminən 7 min nəfərin, o cümlədən baç nazir Rəcəb Tayyib Ərdoğanın telefon danışıqlarına qulaq asıb.Bu barədə Türkiyənin “Yeni Şəfəq” və “Star” dövlət qəzetləri məlumat verir.
Telefonlara gizlin qulaq asıldığını sübut edən sənədləri bu yaxınlarad rəhbərli dəyişilmiş İistanbul prokurorluğu aşkarlayıb.
Məlumatda bildirilir ki, telefonuna qulaq asılan şəxslər arasında R.T.Ərdoğanın müşavirləri, Türkiyə Kəşfiyyat İdarəsinin rəhbəri Hakan Fidan, keçmiş baş nazir Əfqan Əla, eləcə də bir sıra biznesmenlər, jurnalistlər,QHT əməkdaşları var.
Qəzetlər yazır ki, Ərdoğan və onun müşavirlərinin telefon danışıqları 2011-ci ldə dinlənilməyə başlayıb.2013-cü ilin yayında baş vermiş etirazlardan sonra telefonları dinlənilənlərin siyahısı daha da genişlənib.Polis bu hadisəni onların “Salam” adlandırılan terrorçu qruplaşma ilə əlaqələrinin olub- olmamasını araşdırmaq üçün edildiyini bildirib.