Çərşənbə axşamı Türkiyənin Milliyətçi Hərəkət Partiyasının rəhbəri Dövlət Baxçəli prokurorluğu baş nazir Rəcəb Tayyip Ərdoğana qarşı istintaq tədbirlərinə başlamağa çağırıb. Səbəb kimi, baş nazirin oğluna guya pulların necə sərf olunmasına dair audio yazının meydana çıxması göstərilir.
“YouTube” kanalında yerləşdirilən yazıda səsi R.Ərdoğana bənzəyən şəxs pulları evdən yığışdırmağı xahiş edir. Söhbətin bir hissəsində “Bilal” qeyd edir ki, 30 mln. avro məbləğində pulu yerləşdirmək qalıb. Həmsöhbətlər həmin vəsaitin bir neçə iş adamı arasında bölüşdürülməsini müzakirə edirlər.
Türkiyə mətbuatı qeyd edir ki, audio yazı bu ölkənin hökumətində korrupsiya işi ilə bağlı istintaq barədə məlumatlar meydana gəldiyi günə aiddir.
R.T.Ərdoğanın ofisi audio yazının həqiqi olduğunu qəti rədd edib.
“Baş nazirimiz Rəcəb Tayyip Ərdoğan və oğlu arasında telefon danışığı olduğu iddia olunan İnternet vasitəsilə yerləşdirilən audio yazı qətiyyən həqiqətə uyğun deyil və mənəviyyatsızcasına olunan quraşdırmadır”, - deyə hökumət başçısının ofisinin bəyanatında bildirilir.