2014-cü il tarixindən etibarən Bakı Fond Birjası (BFB) investisiya qiymətli kağızları ilə REPO və əks-REPO əməliyyatlarının aparılmasına başlayır.Bu barədə bankın məlumatında bildirilir.
Bakı Fond Birjası QSC ilə Milli Depozit Mərkəzi arasında imzalanmış razılaşmaya əsasən aşağıdakı bank və şirkətlərin qiymətli kağızları REPO və əks REPO predmeti olaraq təsdiq edilib: "Unibank" ASC, "Bank of Baku" ASC, "AGBank" ASC, "AccessBank" QSC , "FINCA Azerbaijan" BOKT, "Unileasing" QSC, "Bakcell LTD" MMC, Azərbaycan İpoteka Fondu (AİF)
Məlumatda qeyd edilir ki, qiymətli kağızları üzrə REPO və əks-REPO əməliyyatları keçirilən təşkilatların sayı artırıla bilər.
Bu günə qədər BFD-də REPO və əks-REPO əməliyyatları yalnız qiymətli dövlət kağzıları üzrə aparılıb.