Naxçıvan Muxtar Respublikasının hüquq mühafizə orqanlarının əməkdaşları yerli sakindən çoxlu sayda silah və döyüş sursatları müsadirə ediblər.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə günü respublikanın Daxili İşlər Nazirliyindən məlumat verilib.
Naxçıvan MR Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xok kənd sakininin həyətindən üç ov tüfəngi, 1 ədəd “Voltran-85” Kombat tipli qaz tapançası, 1 ədəd kustar üsulla hazırlanmış tapança, 1 ədəd xəncər, 2 ədəd güllə keçirməyən jilet, 2 ədəd binokl, 2 sandıqça və 575 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.