Azərbaycanın müdafiə naziri Zakir Həsənov fevralın 27-də NATO-nun Brüssel şəhərindəki Mənzil-Qərargahında Şimali Atlantika Şurasının Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin (ISAF) əməliyyatına töhfə verən qeyri-NATO ölkələri ilə Müdafiə nazirləri səviyyəsində keçiriləcək müşavirədə iştirak edəcək. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilir.
Z.Həsənov bu məqsədlə artıq Brüsselə yola düşüb.
Müşavirədə Əfqanıstanda aparılan ISAF əməliyyatlarının gedişatı, 2014-cü ildən sonra NATO-nun Əfqanıstanda həyata keçirəcəyi Qətiyyətli Dəstək missiyasının planlaşdırılması prosesi və digər məsələlər müzakirə olunacaq.