Braziliya şirkətləri Xəzəryanı və Qafqaz regionlarında keçirilən ən iri telekommunikasiya sərgisi olan “Bakutel”də iştiraka böyük maraq göstərir. Bu barədə Braziliyanın Azərbaycandakı səfiri Santyaqo Luis Bento Fernandes Alkasar bəyan edib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında qeyd olunur ki, nazir Əli Abbasov Braziliyanın səfiri ilə görüşüb. Görüş zamanı ikitərəfli, xüsusilə İKT sahəsində münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılıb.
Səfir qeyd edib ki, Bakıda diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsi və möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
Ə.Abbasov öz növəsində, iqtisadiyyatı bütün sahələri, həmçinin İKT sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yüksək potensialın mövcudluğunu qeyd edib.