Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Cənubi Afrika regionuna səfəri çərçivəsində Botsvana Respublikasının Milli Assambleyasının spikeri (Parlament) Marqaret N. Naşa ilə görüşüb. Bu barədə Azərbaycan XİN mətbuat xidmətindən məlumat verilir.
Görüş zamanı E.Məmmədyarov parlamentlərarası diplomatiyanın əhəmiyyətini vurğulayaraq, onun dövlətlərarası əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini bildirib. O, həmçinin Azərbaycan ilə Botsvana parlamentləri arasında əlaqələrin qurulmasının əhəmiyyətini qeyd edib.
Öz növbəsində, Azərbaycan parlamenti ilə əlaqələrin inkişafına hazır olduqlarını qeyd edən xanım M.N.Naşa, ilkin addım kimi qarşılıqlı səfərlərin təşkilini təklif edib.