Əfqanıstanın cənubunda otellərin birində baş verən güclü partlayış 10 nəfərin həyatına son qoyub, daha 40 nəfər yaralanıb. Bu barədə çərşənbə günü bu ölkənin Daxili İşlər Nazirliyi məlumat verib.
Partlayış dünən axşam Tarinkot şəhərində baş verib (Uruzqan vilayəti).
Ehtimala görə, terrorçu çərşənbə günü özünü partlatmağı planlaşdırırdı. Lakin, diqqətsizlikdən partlayıcı qurğunu bir gün əvvəl hərəkətə gətirib. Bu barədə EFE Agentliyinin istinad etdiyi Əfqanıstan DİN-in çərşənbə günü yaydığı rəsmi məlumatda bildirilir.
Terrorçunun hücum etməyi planlaşdırdığı yer barədə hələlik məlumat verilmir.