Nazirlər Kabineti respublikaya idxal edilən benzinə yeni aksiz dərəcələrinin müəyyənləşdirilməsi barədə qərar verib.
Müvafiq qərar Nazirlər Kabinetinin saytında dərc edilib.
Qərara əsasən, 95 oktan ədədindən az olan və tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən az olan benzinin idxalı zamanı aksiz dərəcələri hər ton üçün 1 dollar təşkil edəcək.
Ümumilikdə, mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla Azərbaycana idxal edilən benzinə aksiz dərəcələri aşağıdakı şəkildə müəyyən olunub.
95 oktan ədədindən az olan və tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olan benzin üçün | $1 -1 ton üçün | 2014-cü il fevralın 7-dən qüvvəyə minib və 2014-cü il iyunun 1-nə qədər qüvvədədir |
95 və daha çox oktan ədədi, lakin 98 oktan ədədindən az olan və tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olan benzin üçün | $100 -1 ton üçün | 2014-cü il fevralın 1-dən qüvvəyə minib |
98 və daha yuxarı oktan ədədi olan,tərkibində qurğuşunun miqdarı 0,013q/l-dən çox olmayan benzin üçün | $150-1 ton üçün | 2014-cü il fevralın 1-dən qüvvəyə minib |
95 oktan ədədindən az olan və tərkibində qurğuşunun miqdarı 0,013q/l olan benzin üçün | $1-1 ton üçün | 2014-cü il fevralın 7-dən qüvvəyə minib və 2014-cü il iyunun 1-nə qədər qüvvədədir |
95 və daha yuxarı oktan ədədi olan, lakin 98 oktan ədədindən aşağı , tərkibində qurğuşunun miqdarı 0.013q/l-dən çox olan benzin üçün | $100- 1 ton üçün | 2014-cü il fevralın 1-dən qüvvəyə minib |
98 və daha yuxarı oktan ədədi olan, tərkibində qurğuşunun miqdarı 0,013q/l olan benzin üçün | $150-bir ton üçün | 2014-cü il fevralın 1-dən qüvvəyə minib |
Bundan başqa, Nazirlər Kabinetinin digər qərarı ilə 2014-cü il iyunun 1-dən Azərbaycana 95 oktan ədədindən az olan və tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən az və ya 0,013q/l-dən çox olan benzinin idxalı zamanı gömrük rüsumu tətbiq edilməyəcək. Həmçinin 2014-cü il fevralın 1-dən oktan ədədi 95, 98 və daha yüksək olan, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən az və ya 0,013 q/l-dən çox olan benzinə gömrük rüsumu qoyulmayacaq.
Daha əvvəl bu markalardan olan benzinin idxalı zamanı 15% gömrük rüsumu tutulurdu.