Gəncənin Hacıkənd qəsəbəsində 519 məcburi köçkün ailəsi məskunlaşıb ki, onların da 333-ü Xocalıdan olanlardır. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinin regional bürosu xəbər verir.
“Xocalılılar burada müvvəqəti olaraq məskunlaşıb. Gəncə şəhər ərazisində onların mənzil şəraitinin yaxşılaşdırılması məqəsdi ilə 600 ailəlik qəsəbə salınır. Qəsəbədə salınacaq parkda Xocalıda şəhid olanların xatirəsinə abidə də ucaldılacaq” – deyə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Xocalı faciəsinin 22-ci ildönümünə həsr edilmiş tədbirdə çıxış edərkən bildirib.
Anım tədbiri Hacıkənddə ehsan süfrəsinin açılması ilə davam edib.
Samux rayonunda isə faciə ilə əlaqədar rəsm sərgisi təşkil olunub, ədəbi-bədii kompazisya nümayiş etdirilib. Rayon ictimayyətinin nümayədələri “Samux şəhidləri” abidə kompleksini ziyarət edib.
Xocalı soyqırımı Şəmkirdə də anılıb. Heydər Əliyev Mərkəzinin foyesində məktəblilərin əl işlərindən ibarət rəsm sərgisinə baxış olub. Məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiyada isə erməni vəhşiliklərindən bəhs edilib.
Goranboy rayonunda “Xocalı harayı” adlı səhnələşdirilmiş meydan tamaşası nümayiş etdirilib.
Naftalan və Göygöldə də Xocalı soyqrımı qurbanlarının xatirəsi yad edilib.