“AtaSığorta” şirkəti 2,4 mln. manat məbləğində səhmlərin əlavə emissiyası hesabına nizamnamə kapitalını 31,6% - 10 mln. manata qədər artırır. Bu barədə Bakı Fond Birjasının (BFB) məlumatında qeyd olunur.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi sığorta şirkətinin 2,4 mln. manat məbləğində səhmlərinin əlavə emissiya prospektini qeydiyyata alıb.
Əlavə emissiya bir qiymətli kağızın nominalı 25 manat olan 96 min səhmə bölünüb.
Əlavə emissiyadan olan səmlərin yerləşdirilməsinin anderrayteri qismində "BROKDİL-AZ" MMC çıxış edəcək.
Hazırda “AtaSığorta”nın nizamnamə kapitalı 7,6 mln. manata bərabərdir.
“AtaSığorta” 2004-cü ilin sentyabr ayında sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. “AtaHolding” şirkətin yeganə səhmdarıdır. Azərbaycanın 15 aparıcı sığorta şirkəti sırasına daxil olan “AtaSığorta” 26 sığorta növü üzrə xidmət göstərir.
2013-cü il ərzində şirkətin sığorta haqları yığımı 12 mln. 539,230 min manat, ödənişləri 2 mln. 909,09 min manat təşkil edib.