(genişləndirilmiş versiya, 2-ci abzasdan sonra mətn əlavə olunub )
1988-ci ildə törədilən Sumqayıt hadisələri Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçov və SSRİ Dövlət Təhlükəsizlik Komitəsi başda olmaqla Sovet İttifaqının keçmiş rəhbərliyi tərəfindən planlaşdırılaraq həyata keçirilib. Bu barədə Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini Rüstəm Usubov bəyan edib.
“Sovet İttifaqının mərkəzi rəhbərliyinin Sumqayıtda hazırlanan təxribat barədə məlumatı olub və iğtişaşların qarşısını almayıb. O cümlədən, həmin hadisələrin arxasında erməni lobbisi və digər xarici xüsusi xidmət orqanlarının dayandığı müəyyən edilib”, - deyə o cümə axşamı Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) keçirilən İbrahim Məmmədovun “Azərbaycana qarşı Sumqayıt təxribatı. “Qriqoryanın işi” adlı kitabın təqdimat mərasimində vurğulayıb.
R.Usubovun sözlərinə görə, SSRİ-nin mərkəzi hakimiyyəti Azərbaycanın müxtəlif rayonlarında yerləşdirilmiş kifayət qədər sayda Sovet Ordusunun bölmələrini istifadə edərək Sumqayıt hadisələrinin qarşısını almaq iqtidarında idi.
“Mərkəzi hakimiyyətin baş verənlər barədə məlumatı vardı. Sumqayıtda iğtişaşların qarşısını almaq üşün ordudan istifadə etmək kifayət idi. Lakin, Mixail Qorbaçovun sonradan Sumqayıt, Bakıda 20 yanvar, Alma-Atı, Tiflis, Vilnüsdə baş verən hadisələrlə bağlı bəyan etdiyi kimi “biz bir-iki gün gecikdik”. Bu ağ yalandır. SSRİ müdafiə naziri Dmitri Yazovun xatirələrində bildirdiyi kiimi, “biz orada idik və mərkəzdən göstəriş gözləyirdik. Lakin, göstəriş elə də verilmədi”, - deyə Azərbaycanın Baş Prokurorunun birinci müavini bildirib.
R.Usubovun qeyd etdiyi kimi, Sumqayıt hadisələri ərəfəsində qonşu rayonlara ordu bölmələri yeridilib, lakin onlar faciənin qarşısını almaq üçün heç bir səy göstərməyərək hərəkət etməyiblər.
“Sumqayıt hadisələri ərəfəsində təxribatlar törədilib, 10-a qədər şəxs öldürülüb, lakin heç bir qabaqlayıcı tədbirlər görülməyib, bu isə nəticədə Sumqayıtda 32 nəfərin ölümünə gətirib”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, İ.Məmmədovun kitabında Sumqayıtda əvvəlcədən və hadisələr zamanı baş verən proseslər kompleks şəkildə təsvir edilib.
“Kitabda Azərbaycan Baş Prokurorluğunun istintaq materialları, arxiv məlumatlarından geniş istifadə olunub, Sumqayıt iğtişaşlarının səbəblərinin təhlili aparılıb, Sumqayıt sakini olan bir neçə ermənini şəxsən qətlə yetirən Eduard Qriqoryanın iştirakı təsvir edilib. Bu kitabın yazılmasında məqsəd 27-28 fevral 1988-ci ildə Sumqayıtda törədilən hadisələr haqqında düzgün məlumatın dünya ictimaiyyətinə çatdırılmasıdır”, - deyə R.Usubov bildirib.
O vurğulayıb ki, Sumqayıt hadisələri Azərbaycan üçün mənfi nəticələrə səbəb oldu. R.Usubovun sözlərinə görə, məhz bundan sonra ermənilər tərəfindən separatçı hərəkatı Azərbaycanda, həmçinin Dağlıq Qarabağda xüsusən fəallaşıb.
“Ermənistan rəhbərliyi və erməni lobbisi uzun illərdir beynəlxalq ictimaiyyətdən Azərbaycan xalqı və dövlətinə qarşı törədilən qanlı cinayətləri gizlətmək məqsədilə Sumqayıt hadisələrindən istifadə edirlər. Hadisələrdən 26 il ötməsinə baxmayaraq, ermənilər Sumqayıt hadisələri və daha sonra Azərbaycan ərazilərinin işğalına dair dünya birliyini aldatmaqda davam edirlər. Erməni lobbisi Sumqayıtda ermənilərə qarşı soyqırım baş verməsi təsəvvürü yaratmağa çalışaraq, Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və Sumqayıtda iğtişaşlar barədə bütün həqiqəti beynəlxalq ictimaiyyətdən fəal surətdə gizlədir”, - deyə R.Usubov bildirib.
Baş Prokurorunun birinci müavininin sözlərinə görə, əfsuslar olsun ki, Sumyaqıtda törədilən hadisələrə ədalətli qiymət verilməyib, kütləvi iğtişaşlar planlaşdıraraq həyata keçirən şəxlər cinayət məsuliyyətindən yayınıblar, 32 nəfər onların qurbanı olub.
SSRİ Baş Prokurorluq nəzdində Sumqayıt hadisələrinin araşdırılması üzrə yaradılan istintaq qrupu istintaqı seçmə üsuslu, insafsızcasına, məhdudiyyətlə, iğtişaşları yaradan və onların təşkilində əsas günahkarları gizlətməyə çalışaraq həyata keçirib. Araşdırma səhlənkarcasına aparılıb, iğtişaşların əsas səbəbkarları ədalətdən kənarda qaldılar, müəyyən olunmayıb və cinayət məsuliyyətinə cəlb edilməyiblər”, - deyə o qeyd edib.
R.Usubov bildirib ki, Kreml və DTK cinayət işinin tezliklə məhkəməyə verilməsini tələb edirdi.
“Nəticə olaraq, ədalətli və ətraflı istintaq aparılmayıb. Xüsusi xidmət orqanları və SSRİ rəhbərliyi cinayət işini tez zamanda məhkəməyə təqdim etməyi tələb edirdi, əsas günahkarların cinayət məsuliyyətinə cəlb olunmamaları üçün azərbaycanlıları istintaqdan kənarda saxlamağa cəhd edirdi”, - deyə o qeyd edib.
R.Usubovun sözlərinə görə, qiyamdan sonra özünü güllələyən Dövlət Fövqəladə Vəziyyət Komitəsinin (DFVK) generalı Boris Puqonun evində aparılan axtarış zamanı azərbaycanlı müstəntiqlər Özbəkistan v Sumqayıt hadisələrinə aid olan xeyli cilddə cinayət işləri aşkar ediblər. Bu isə Sumqayıtda hazırlanan iğtişaşlar barədə Moskvanın məlumatlarının olduğunu sübut edir.
R.Usubov vurğulayıb ki, Sumqayıt hadisələrinin səbəblərinin araşdırlması məqsədilə Baş Prokurorluq iğtişaşlara dair açılan cinayət işlərini yenidən qaldırıb.
“Sumqayıt hadisələri üzrə cinayət işlərinin araşdırılması erməni yalanının ifşa edilməsi məqsədilə bərpa olunub. İstintaqı bərpa olunan beş cinayət işi bir kargüzarlığa birləşdırılıb”, - deyə o bildirib.
Baş Prokurorunun birinci müavininin sözlərinə görə, SSRİ Baş Prokurorluq tərəfindən Sumqayıt hadisələri üzrə açılan cinayət işi əslində Kremlin siyasi sifarişidir.
“ Sumqayıt hadisələri üzrə günahkar qismində saxlanılan ermənilər azad olunublar. İş üzrə əsas fiqurant olan, iğtişaş iştirakçılarını zorakılıq əməllərinin törədilməsi üçün qızışdıran Eduard Qriqoryan şəxsən altı erməni öldürüb və bir neçə erməni qadınını zorlayıb. Sumqayıt hadisələrindən əvvəl Qriqoryan üç dəfə məhkum olunub və ümumilikdə, on il və iki ay müddətini cəzaçəkmə yerlərində keçirib. Buna baxmayaraq, erməni millətçiləri və xüsusi xidmət orqanları onun azad edilməsi üçün çox çalışıblar. Sumqayıt hadisələrinə dair hökm veriləndən bir müddət sonra E.Qriqoryan Ermənistana köçürülüb və orada azadlığa buraxılıb. Bu gün erməni tərəfi vəziyyəti elə təqdim etməyə çalışırlar ki, E.Qriqoryanın anası və ozü azərbaycanlıdır. Lakin cinayət işində onun pasportu və hərbi biletinin nüsxələri var. Burada milliyyət qrafasında onun erməni olduğu qeyd edilir. Bu gün biz tərəfdən onun cinayət məsuliyyətinə cəlb olunması məqsədilə axtarışı davam etdirilir. Müəyyən edə bilmişik ki, Moskva ətrafı rayonda yaşayırdı. Lakin sonra onun izləri itdi”, - deyə R.Usubov qeyd edib.
Baş Prokurorunun birinci müavini vurğulayıb ki, Sumqayıt hadisələrindən qonşuluqda yaşamağ mümkün olmayan azərbaycanlı-qatillər obrazı yaratmaq məqsədilə erməni təbliğatı üçün istifadə olunub.
“Əslində isə, azərbaycanlılar Sumqayıtda yüzlərlə və minlərlə ermənini qəzəblənmiş çamaatdan öz evlərində gizlədiblər. Cinayət işinin materiallarında erməni qadınlarının ifadələri var ki, orada azərbaycanlıların yüzlərlə və minlərlə ermənini zorakılıqdan xilas edərək gizlətdikləri bəyan edilir. Cəsarətlə demək olar ki, Sumqayıt erməniləri hazırlanan təxribat barədə öncədən xəbərdar idilər. İğtişaşlardan əvvəl yüzlərlə erməni bank hesablarından külli miqdarda məbləğlər çıxararaq Sumqayıtdan köçüblər. Söhbət imkanlı ailələrdən gedir”, - deyə o bildirib.
Onun sözlərinə görə, erməni təbliğatı bu gün də məlumatı 1988-ci ildə fevral hadisələrində Sumqayıtda yalnız ermənilərin öldürülməsi kimi təqdim edərək, həmin hadisələrdə azərbaycanlıların da qətli faktını gizlətməyə cəhd edir.
“Lakin faktlar sübut edir ki, Sumqayıt iğtişaşları nəticəsində qatillərin əlindən 26 erməni və altı azərbaycanlı həlak olub. Cinayət işində avtobus sürücüsü Valeri Markaryanın azərbaycanlıları vurmasına dair materiallar yer alıb. Nəticədə, dörd azərbaycanlı avtobusun təkərləri altında qalaraq həlak olub. İş üzrə istintaqı aparan rus müstəntiq bunu adi yol-nəqliyyat hadisəsi kimi təqdim etməyə çalışırdı, lakin sonra sübut edilib ki, erməni sürücüsü məqsədyönlü şəkildə azərbaycanlıları əzib”, - deyə R.Usubov qeyd edib.
Baş Prokurorunun birinci müavini vurğulayıb ki, eməni məlliyyətindən olan Sumqayıt sakinlərini seçmə üsulu ilə qətlə yetirirdilər.
“O zaman Sumqayıta “Ermənistan SSR-in və Dağlıq Qarabağın yenidən birləşməsi Komitəsi”nin (“Krunk”) fəal üzvü, erməni polkovniki Kələntərov gəldi. Onda şəhərdə yaşayan ermənilərin siyahısı və ünvanları vardı. İğtişaşlardan əvvəl o Sumqayıtdan getdi. “Krunk”a haqq ödəməyən ailələr zorakılığa məruz qalırdılar. Əksər hallarda qəzəblənmiş camaat binaların birinci-ikinci mərtəbələrində yaşayan ermənilərə toxunmurdu. Onlar üçüncü-dördüncü mərtəbələrdə yaşayan ermənilərə qarşı zor tətbiq edərək qətlə yetirirdi. Yəni, cinayətlər yalnız “Krunk”a haqq ödəməyən ermənilərə qarşı həyata keçirilirdi. İstintaq müəyyən edib ki, həlak olan ermənilərin əksəriyyəti “Krunk” komitəsinə haqqı ödəməkdən imtina edənlər olub. İğtişaşların təhrikçiləri sırasında, aralarında Azərbaycan dilini əla bilərək, erməni dilində danışıqlar aparan qara plaş geyinən şəxslər olub. Onlar camaat arasında təbliğat aparırdılar, gənclərə spirtli içkilər və soyuq silah paylayırdılar”, - deyə R.Usubov vurğulayıb.