Ukraynada baş verən hadisələrdən sonra müxalifət tərəfindən hakimiyyətdən uzaqladırılmış prezident Viktor Yanukoviç Rusiyadan şəxsi təhlükəsizliyinin təmin edilməsini xahiş edib.
“Mənim və mənim əməkdaşlarımın ünvanına hədələr səsləndirilir.Rusiya Federasiyası hakimiyyətindən şəxsi təhlükəsizliyimin təmin edilməsini xahiş etmək məcburiyyətindəyəm”,- deyə V.Yanukoviçin cümə axşamı “İnterfaks” agentliyi tərəfindən yayılmış bəyanatında bildirilir.
RF hakimiyyəti Viktor Yanukoviçin xahişinə müsbət cavab verib.
“Prezident Viktor Yanukoviç şəxsi təhlükəsizliyinin təmin edilməsi ilə əlaqdar RF hakimiyyətinə müraciət edib.Bununla əlaqədar,bildirirəm ki, bu xahişə Rusiya tərəfindən müsbət cavab verilib”,- deyə RF-nin hakimiyyət strukturundakı mənbədən “İnterfaks” agentliyinə bildirilib.