Milli Məclisin deputatları AŞPA-nın komitə iclaslarında iştirak edəcəklər.Bu barədə parlamentin mətbuat xidməti məlumat verir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Elxan Süleymanov qurumun Monitorinq komitəsinin iclasında iştirak etmək üçün fevralın 26-dan martın 1-dək Maltada səfərdə olacaqlar.
Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Rafael Hüseynov və deputat Fazil Mustafa AŞPA-nın Hüquqi işlər və insan haqları komitəsinin iclasında iştirak etmək üçün martın 2-dən 4-dək Fransada səfərdə olacaqlar.
Paris şəhərində keçiriləcək toplantıda uşaqların dini təriqətlərin aqressiv təsirindən qorunması, internetə çıxış hüquqları, Avropada demokratik təsisatlar və tüfeyli həyat tərzi keçirən insanların hüquqları, mütəşəkkil cinayətkarlıq və terrorizmlə mübarizədə şahid qismində iştirak edən şəxslərin mühafizəsi və digər məsələlər müzakirə ediləcək.
Paris şəhərində keçiriləcək toplantıda uşaqların dini təriqətlərin aqressiv təsirindən qorunması, internetə çıxış hüquqları, Avropada demokratik təsisatlar və tüfeyli həyat tərzi keçirən insanların hüquqları, mütəşəkkil cinayətkarlıq və terrorizmlə mübarizədə şahid qismində iştirak edən şəxslərin mühafizəsi və digər məsələlər müzakirə ediləcək
Milli Məclisin deputatı Sahibə Qafarova AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında iştirak etmək üçün martın 3-dən 6-dək Avstriyaya səfər edəcək.
Vyana şəhərində keçiriləcək toplantıda Avropada insan alveri ilə mübarizə üsulları, cinsi azlıqlara qarşı diskriminasiyanın aradan qaldırılması, onların hazırkı durumu və hüquqları barədə fikir mübadiləsi aparılacaq.