Martın 7-də energetika naziri Natiq Əliyev Londonda II Xəzər Dəhlizi Konfransında iştirak edəcək. Bu barədə nazirliyin saytında məlumat verilir.
Konfrans Xəzər regionunun perspektivlərinin və inkişaf tendensiyalarının müzakirəsinə həsr olunub.
Konfrans çərçivəsində N.Əliyev, Qazaxıstanın neft və qaz naziri Uzakbet Karabalin, Türkmənistanın energetika naziri Murat Artyakov, Avropa Birliyinin energetika üzrə komissarı Günter Ottinqer gələcək əməkdaşlığın genişləndirilməsi yolarına dair təqdimat keçirəcəklər.
Konfransın təşkilatçısı London Fond Birjası, Azərbaycan Beynəlxalq Bankı, Britaniya Azərbaycan İşgüzar Şurası və Britaniyanın “Asia House” təşkilatıdır.
Konfrans çərçivəsində regionun artım amilləri, Britaniya ilə əlaqələr, regionda iqtisadi inkişaf həlləri və biznes mühit, energetika, eləcə də bank, informasiya texnologiyaları, tikinti və digər sektorlarda inkişaf potensialı, problem və imkanlar müzakirə olunacaq.
Tədbirin proqramına TAP və TANAP layihələrinə dair müzakirələr də daxil edilib.