2013-cü ildə “AtaSığorta” şirkətinin sığorta haqları 12,6 mln. manat təşkil edib. Bu barədə şirkətin məlumatında qeyd edilir.
“2013-cü ildə əldə olunan sığorta haqlarının məbləği 12,6 mln. manat təşklil edib, bu isə 2012-ci ilin göstəricisindən 1,7 mln. manat çoxdur (artım 15,6% - İF-Az). 2012-ci illə müqayisədə sığorta ödənişlərinin məbləği 0,25 mln. manat – 3 mln. manata qədər artıb”, - deyə məlumatda qeyd olunur.
2013-cü ildə şirkətin nizamnamə kapitalı 2,6 mln. manat – 7,6 mln. manatadək, aktivlərinin həcmi – 21 mln. manata çatıb.
Məlumatda vurğulanır ki, 2013-cü ilin yekunları üzrə şirkətin vergiöncəsi mənfəəti 1,7 mln. manat təşkil edib.
Ötən il şirkət bir yeni filial, altı nümayəndəlik və beş satı ofisi açıb.
“AtaSığorta” şirkəti fəaliyyət üçün lisenziyanı 2004-cü ilin sentyabr ayında alıb. Şirkətin yeganə səhmdarı “AtaHolding”dir. Azərbaycanın 15 aparıcı sığorta şirkətindən biri olan “AtaSığorta” 26 sığorta növü üzrə xidmət göstərir.