Ermənistan və Gürcüstanın iqtisadi inkişaf yollarının seçimi ölkələr arasında iqtisadi əməkdaşlığa əngəl törədə bilməz. Bu barədə Ermənistan prezidenti Serj Sarqsyan bəyan edib.
“Qeyd etmək istərdim ki, Ermənistanın Gömrük İttifaqına daxil olmasına dair qərarı və Gürcüstanın azad ticarət zonasına qoşulması ticari-iqtisadi münasibətlərimizin inkişafına əngəl ola bilməz”, - deyə S.Sarqsyan Gürcüstan prezidenti ilə danışıqların yekununa dair İrəvanda brifinqdə bildirib.
Ermənistan prezidenti həmçinin qeyd edib ki, ölkələrin bu seçimi Ermənistan və Gürcüstan sahibkarları üçün yeni imkanlar yaradır.