Martın 4-də Bakı Muzey Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Gözəllik işığı-2014” adlı sərgi -konsert keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə mərkəzdən məlumat verilib.
Tədbir Mədəniyyət və Turizm Nazirliyinin, Muzey Mərkəzinin, Milli Musiqi Komitəsinin və “Kukla” Art Qalereyanın təşkilati dəstəyi ilə İncəsənət Qalereyasının Dairəvi salonunda keçiriləcək.
Sərgi martın 9-na qədər davam edəcək.