SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azneft” İstehsalat Birliyi geoloji-texniki tədbirlərdən sonra “Neft Daşları” yatağında hasilat quyusu istismara verib. Bu barədə SOCAR-dan məlumat verilir.
2183 nömrəli quyu 2182 nömrəli meydançadan qazılıb.
Burada aparılan geoloji tədbirdən sonra quyunun sutkalıq debiti 12 ton neft təşkil edir.
Bununla belə, şirkət aparılan geoloji-texniki tədbirlərin xarakterini qeyd etmir.
“Neft Daşları” yatağı 1949-cu ildən işlənilir. Yatağın geoloji ehtiyatları 365 mln. ton həcmində qiymətləndirilir ki, bunun da 182 mln. tondan çoxu çıxarıla bilən ehtiyatlardır.