Cümə axşamı Moskvada Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın iştirakı ilə Xocalı soyqırımın 22-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verib.
Bu gün biz bura 5 il bundan qabaq Moskvada başlamış “Xocalıya ədalət” kampaniyası çərçivəsində Xocalı faciəsi qurbanlarının xatirəsini yad etmək üçün toplaşmışıq”,- deyə kampaniyanın təşəbbüskarı Leyla Əliyeva bildirib.
“Kampaniyanın əsas məqsədi 22 il əvvəl Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımı barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Bu 5 ildə dünyanın 70 ölkəsində müxtəlif dinlərə və mədəniyyətlərə malik insanlar Xocalı soyqırımın haqq səsinə səs veriblər. Əlbəttə ki, biz bu gün nə eləsək də, Xocalıda həlak olmuş günahsız insanların həyatlarını qaytara bilmərik. Bu 5 il ərzində “Xocalıya ədalət“ kampaniyası çərçivəsində çox böyük işlər görülüb və nəticələr əldə edilib”,- deyə o qeyd edib.
O söyləyib ki, 70-dən çox ölkədə hər il Xocalı soyqırımı ilə bağlı konfranslar, seminarlar və sərgilər keçirilib. justiceforkhojaly.org saytı beş dildə fəaliyyət göstərir.
“Bu gün “Xocalıya ədalət” kampaniyasının çağırışları BMT, Avropa Parlamentinin, İslam Əməkdaşlıq Konfransı Təşkilatının tribunalarından, universitetlərdə gənclik klublarında məscidlərdə, kilsələrdə sinaqoqlarda səslənir. Və bu çağırış cavabsız qalmayıb. Bu kampaniyanın fəaliyyəti nəticəsində 6 ölkənin parlamenti və ABŞ-ın 14 ştatı Xocalı hadisələrini soyqırımı aktı kimi tanıyıb. Bir neçə gün əvvəl İslam Əməkdaşlıq Təşkilatının üzvü olan 57 ölkələnin parlamenti Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul ediblər .Ankara, Haaqa, Mexiko, kimi şəhərlərdə Xocalı soyqırımının qurbanlarına abidə ucaldılıb.Ötən il iyulun 9-da Sarayevonun mərkəzində Srebrenitsa qurbanlarının milli hüzn günündə “Xocalıya ədalət!” şağırışı yazılmış monitor işıqlandırıldı”,- deyə L.Əliyeva xatırladıb.
“XXI əsrdə kütləvi qırğın, qanlı qətliyamlar, soyqırımları olmamalıdır.Bu gün Azərbaycan müstəqil, müasir və güclü dövlətdir. Dünya Azərbaycanın bütün sahələrdə olan inkişafına və uğurlarına heyran qalıb. Azərbaycan bugün regionun lider ölkəsidir. Zaman göstərdi ki, Azərbaycan xalqı mənən qırılmayıb, çünki bizim ruhumuzu heç bir zaman heç kim heç nə ilə qıra bilməz .İnanıram ki, tezliklə işğal altında olan torpaqlarımız azad olunacaq və məcburi köçkünlərimiz öz evlərinə qayıdacaqlar”,- deyə L.Əliyeva vurğulayıb.
Çıxış edən səfir Polad Bülbüloğlu bildirib ki, son illər Azərbaycan xocalı faciəsiniti yalnız Azərbaycanın dərdi olaraq tanıtmayıb, həm də bunu beynəlxalq ədalət çağırışı olaraq diqqətə çatdırıb.Bu ölkənin mövqeyinin beynəlxalq arenada möhkəmlənməsinin növbəti sübutudur.
“Ümid edirəm ki, dünya gec-tez Xocalının və xocalıların hayqıran səsini eşidəcək. tarixin bu qara səhifəsindən dərs çıxaracaq ki, gələcəkdə dinc əhali üzərində etnik təmizləmə və qırınlara bir daha yol verilməsin”,- deyə səfir bildirib.
P.Bülbüloğlu qeyd edib ki, gənc nəsil Azərbaycanın müstəqilliyi uğrunda canından keçən insanları unutmamalıdır.
Ümumrusiya Azərbaycanlıları Konqresinin prezidenti Məmmədbağır Əliyev Dini İşlər üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov, Yəhudi Dini icmaları konqresinin və Rusiya təşkilatlarının vitse prezidenti Zinovi Koqan, 1992-ci ildə faciə baş verərkən çəkilişlər aparılmış helikopterin komandiri leonid Kravets öz çıxışlarında Xocalı faciəsinin dünya tarixində ən qanlı soyqırımlarından biri olduğunu qeyd edərək bu barəıdə həqiətlərin dünya birliyinə çatdırılması üçün görülən işlərdən , faciəni törədənlər barədə danışıblar.
Daha sonra “Cəhənnəmi görmüş pilot” sənədli filmi nümayiş etdirilib.