Bakıda keçirilən “Böyük səhnə” beynəlxalq vokal layihəsinin final mərhələsində “Eurovision-2014” müsabiqəsində Azərbaycan təmsilmisi müəyyən edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə təşkilat komitəsindən məlumat verilib.
Növbəti müsabiqədə Azərbaycanı Bakı Musiqi Akademiyasının məzunu Dilarə Kazımova təmsil edəcək.
Final mərhələsində D.Kazımova Xana Həsənova və Erkin Osmanlı ilə yarışıb.
Final mərhələsinin mühnsiflər heyətinə Azərbaycan İctimai Televiziyasının (İTV) direktoru, münsiflər heyətinin sədri Cəmil Quliyev, əməkdar artist Tünzalə Ağayeva, “Eurovision-2011” müsabiqəsinin qalibi Eldar Qasımov, şoumen və bəstəkar Murad Arif və isveçrəli bəstəkar Stefan Orn daxil olub.
“Böyük səhnə”də iştirak etmək məqsədilə Azərbaycanın səkkiz şəhərində kastinqlər keçirilib. Müsabiqədə iştirak edən 200 nəfərdən müxtəlif musiqi janrında yarışan 14 layihə iştirakçısı seçilib.
“Eurovision-2014” mahnı müsabiqəsi 6-10 may tarixlərində “Bizə qoşulun!” şüarı altında Kopenhaqen (Danimarka) şəhərində “B&W Hallerne” səhnəsində keçiriləcək.
Məlumdur ki, Azərbaycan nümayəndəsi birinci yarımfinalda çıxış edəcək. O cümlədən,
yarımfinalın birinci hissəsində - İsveçrə, Albaniya, İslandiya, Rusiya, Latviya, Ermənistan, Estoniya, ikinci hissəsində isə - Belçika, Macarıstan, Moldova, Monteneqro, San-Marino, Portuqaliya, Ukrayna, Niderlandın iştirakçıları çıxış edəcəklər.