Macarıstanın Ticarət və İnvestisiya Agentliyi (HİTA) Azərbaycan sahibkarlarını Macarıstan iqtisadiyyatına investisiya yatırmağa çağırır. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) saytında məlumat verilir.
Xüsusilə, Macarıstan tərəfi Azərbaycanlı iş adamlarının kənd təsərrüfatı, turizm, İKT, alternativ enerji və daşınmaz əmlak sahələrinə investisiya yatıracağına ümid edir.
HİTA AZPROMO-ya reallaşdırılmasına Azərbaycan şirkətlərinin investisiyalarının cəlb oluna biləcəyi layihələrin qisa texniki-iqtisadi əsaslandırmasını təqdim edib.
AZPROMO İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqust ayında fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.