Ötən həftə ərzində Azərbaycan polisi axtarışda olan 92 nəfəri saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bundan başqa, qeyd olunub ki, hesabat dövrü ərzində (24 fevral-2 mart) baş vermiş bədbəxt hadisələr nəticəsində 8 nəfər həlak olub, 42 nəfər bədən xəsarətləri alıb və zəhərlənib və 4 intihar hadisəsi qeydə alınıb.
O cümlədən, 2 nəfər qətldə, 8 nəfər qəsdən bıçaq və bədən xəsarətləri yetirməklə sui-qəsddə, 31 nəfər qarətdə, 12 nəfər oğurluqda, 11 nəfər insan alverində, 5 nəfər dələduzluqda, 2 nəfər avtomobil qaçırmaqda, altı nəfər ainsan alverində şübhəli bilinərək saxlanılıb.
Qanunsuz saxlanılan odlu silah və döyüş sursatlarının müsadirəsi ilə bağlı 11 fakt qeydə alınıb.