Çərşənbə axşamı səhər Azərbaycanın şimal-qərb regionunda zəlzələ qeydə alınıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat verilir.
Yeraltı təkanlar saat 08:16-da Qəbələ şəhərindən 11 km şimal şərqində qeydə alınıb.
Episentrdə zəlzələ 4 bal gücündə olub.
Qəbələdə yeraltı təkanlar 3 bala qədər hiss olunub.
İlkin məlumata əsasən tikililərdə dağıntı yoxdur.