Azərbaycanın hüquq mühafizə orqanlarının əməkdaşları ölkənin qərb və mərkəzi regionlarında silah və döyüş sursatları aşkarlayıblar.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Ağsu rayon Polis Şöbəsinin əməkdaşları Gürcivan kəndi ərazisində “AKM” və “ AKS” markalı avtomatlar, səkkiz daraq, bir tank əleyhinə mərmi və müxtəlif kalibrli 314 patron aşkarlayaraq götürüblər.
Bundan başqa, Gəncə şəhər Nizami Rayon Polis idarəsinin əməkdaşları tərəfindən şəhər ərazisində “Makarov” tipli tapança və doqquz patron aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aprılır.