Bu gün Azərbaycan Dillər Universietinin tələbələrinin xalq yazıçısı Natiq Rəsulzadə ilə görüşü keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verir.
Məlumatda qeyd edilir ki, yaziçının üzv olduğu Kinomatoqrafçılar İttifaqı və Yaziçılar İttifaqında gənclər üçün ustad dərsləri təşkil olunur. “Beləliklə də gənc nəsil yaradıcı cəhətdən inkişaf etmək imkanı qazanır”,- deyə N.Rəsulzadə tələbələrə üz tutaraq söyləyib.
“Belə maraqlı və öyrədici görüşlər həm sizin həm də mənim üçün çox vacibdir. İştirakçılardan hər biri burdan özü üçün faydalı nə isə götürə bilər”,- deyə yazıçı əlavə edib.
Görüşdə qeyd edilib ki, N.Rəsulzadə 40-a yaxın kitabın, həmçinin bir sıra kinosenarilərin müəllifidir.Tədbirdə yazıçının həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib.Tədbir iştirakçıları tanınmış yaçıçının əsərlərinin dünyanın bir çox dillərinə tərcümə edildiyini və xaricdə də məşhur olduğunu qeyd ediblər.
Ali məktəbin tələbələri N.Rəsulzadənin əsərlərinin motivləri əsasında hazırlanmış səhnəciklər nümayiş etdirib, onun rus və fransız dillərinə tərcümə edilmiş əsərlərindən fraqmentlər səsləndiriblər.
Tədbirin sonunda xalq yazıçısı tələbələrin suallalrına cavab verib.