Azərbaycanda əsirlikdə olan Ermənistan vətəndaşı Mamika Xocayan bu gün ölkəsinə təhvil verilib.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri İlahə Hüseynova məlumat verib.
“Ermənistan vətəndaşı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) köməkliyi ilə təhvil verilib. Əsir Azərbaycanın Qazax və Ermənistanın İcevan şəhərləri arasında yerləşən yolda Ermənistanın rəsmi şəxslərinə verilib”,- deyə İ.Hüseynova qeyd edib.
İ.Hüseynovanın sözlərinə görə, əsir təhvil verilənə qədər BQXK nümayəndələri ona baş çəkib, saxlanma şəraitini, onunla necə rəftar edildiyini qiymətləndiriblər.
2014-cü il yanvarın 28-də mülki şəxs Xocayan Mamika Tiqranoviç Tovuzun Əlibəyli kəndində çayı keçərkən sakinlər tərəfindən saxlanılaraq hərbçilərə təhvil verilib.