Martın 5-də xalq şairi Səməd Vurğunun ev-muzeyinin yeni ekspozisiyasının açılış mərasimi keçiriləcək.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səməd Vurğunun ev-muzeyi 1975-ci ilin oktyabr ayında açılan ilk memorial muzeydir.
Muzey şairin ömrünün son 2 ilini yaşadığı, gərgin yaradıcılıq fəaliyyəti ilə məşğul olduğu, fəal ictimai xadim kimi tanındığı evdə yerləşir.6 otaqdan ibarət muzeydə bu yaxınlarda təmir-bərpa və bədii tərtibat işləri həyata keçirilib.
Ekspozisiyanın bir otağında şairin ailə üzvlərinin şəxsi əşyaları və fotoşəkilləri nümayiş olunacaq.
Digər otaqlarda qurulmuş ekspozisiya isə S.Vurğunun həyatı, yaradıcılığı və ictimai fəaliyyətini əks etdirir.